İqtisadiyyat

Kasıb ölkə üzərindən "yuyulan" 21 milyard dollar... -FOTO

21 Mart 2017 10:53
0 Şərh     Baxış: 839

Rusiya 2012-2014-cü illər ərzində Moldova və Latviya bankları üzərindən 21 milyard dollar pul "yuyub". Bu zaman 5100-dən çox firmadan, 96 ölkədə 732 bankdan istifadə olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi  -Organized Crime and Corruprion Reporting Project (OCCRP) çərçivəsində dünyanın onlarla KİV-i, o cümlədən Polşa  KİV-ləri və nüfuzlu "Newsweek" jurnalı tərəfindən aparılan sensasion araşdırmada deyilir.

Jurnalistlər bir neçə ay ərzində bütün dünya boyu Rusiya və offşor şirktlər arasında minlərlə bank köçürmələrini araşdırıblar. Bu nəhəng fırıldağı jurnalistlər şərti olaraq "Laundromat" adlandırırlar. Araşdırmada deyilir ki, Moldova və Latviya bankları üzərindən "yuyulan" 21 milyard dolların Rusiyada kimə məxsus olduğu tam məlum deyil, ancaq bir neçə versiya mövcuddur. Bunlardan birinə görə həmin pullar zəngin oliqarxlara məxsusdur və onlar həmin fırıldaq sxemini qurmaqla vergidən yayınmaq istəyiblər. İkinci versiyaya görə pullar "Qazprom"a məxsusdur və xarici ölkələrdə qaranlıq əməliyyatları maliyyələşdirmək üçün köçürülüb.

Üçüncü versiya isə bundan ibarətdir ki, bu pul yuma əməliyyatı Moskvanın onun orbitindən çıxmaq istəyən ölkələrə qarşı tətbiq etdiyi hibrid müharibənin silahlarından biridir. Çünki məhz bu bu pul yuma əməliyyatı nəticəsində kasıb ölkənin banklarından qısa müddətdə 2 milyard dollara yaxın vəsait çıxarılıb, Moldovanın bank sistemində böhran yaranıb, hakimiyyətdə olan qərbmeylli qüvvələrin mövqeləri zəifləyib və ötən ilin payızında keçirilən seçkilərdə Rusiyanın adamı İqor Dodon hakimiyyət başına gəlib. Və xəbər verildiyi kimi Dodon atıq Moldovanın yaxın iki-üç ayda Avrasiya İttifaqına üzv olacağını elan edib, ölkəsinin üzünü büsbütün Rusiyaya çevirib.

Genişmiqyaslı araşdırma nəticəsində məlum olub ki, pul yuma əməliyyatı Moldovadan, bu ölkənin "Moldindikonbank"ından başlayıb. Oradan vəsaitlər "Trast Kommerzbank" üzərindən Latviyaya köçürülüb. Latviyadan isə leqal şəkildə Avropa İttifaqı ölkələrində dövriyyəyə buraxılıb. Həmin banklardan pullar dünyanın müxtəlif regionlarında qeydiyyatdan keçmiş offşor şirkətlərin hesablarına köçürülüb.

Məsələn, həmin 21 milyard dollardan 9 milyon dolları Polşaya, sahibi Polşa vətəndaşlığı daşıyan rusiyalılar olan kiçik "İntradetcom" şirkətinin hesabına köçürülüb. Bu zaman pulların köçürülməsi üçün tikinti avadanlıqlarının satışına dair müqavilə göstərilib, əslində isə həmin firma yükdaşımalarla və keçmiş sovet respublikalarına eskpeditor xidməti göstərməklə məşğuldur.

Habelə Rusiyadan Polşanın sahibi Azərbaycandan olan mühacirlərdən ibarət daha bir neçə firmanın hesbaına pullar daxil olub. Həmin firma Polşa almasının Rusiyaya satışı ilə məşğuldur. Buna baxmayaraq pulların "kompüter avadanlıqlarının alınması" üçün firmanın hesabına köçürüldüyü məlum olub.

"Newsweek" yazır ki, "Lundromat"ın arxitektoru Vyaçeslav Platon-Kobolevdir. O, "Moldindikonbank"ın sahibidir, Moldova, Rusiya və Ukrayna vətəndaşlığı daşıyır. Hazırda Moldovada həbsdədir. Rusiya hakimiyyəti Moldova hüquq-mühafizə orqanlarının platon-Kobolevin işi üzrə apardığı istintaqı hər cür əngəlləməyə çalışır, bu da Rusiya hakimiyyətinin həmin pul yuma əməliyyatında əli olduğuna dəlalət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.