İqtisadiyyat

"Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır"

20 Mart 2017 10:57
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır və biz bu münasibətlərin inkişafında maraqlıyıq".

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Gürcüstan baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili söyləyib.

Nazir bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində isə iş aparılır. Bu layihələr Gürcüstan və Azərbaycanın, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq.

"Biz çalışırıq ki, bu layihələrə daha çox ölkələr cəlb edək və bu, bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq", - deyə Gürcüstan hökumət rəsmisi əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.