İqtisadiyyat

Müştərini aldadaraq manat kreditini dollara çeviriblər

19 Mart 2017 20:57
1 Şərh     Baxış: 1 043

Oğuz sakini 2014-cü ildə bankdan manatla kredit götürüb. Lakin 1 il sonra onu aldadaraq kreditini dollara çeviriblər. İndi də bankdan devalvasiya nəticəsində əmələ gələn əlavə məbləği borcludan tələb edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, aldadaraq manatla olan kreditini dollara çeviriblər. Oğuzun Top kənd sakini Turab Lətifov 2014-cü ildə bankdan 1500 manat kredit götürüb. 2015-ci ilin iyun ayında pulu ödəyə bilməyib və gecikmə yaranıb. o iddia edir ki, Bankdan onu çağıraraq bildiriblər ki, ödəniş müddətini uzadaraq aylıq məbləği azalda bilərlər.
Turab Lətifov bununla razılaşıb və yeni müqavilə bağlamaq üçün banka gedib. Onun sözlərinə görə, bankda onu aldadaraq dollarla kredit götürmək barədə müqaviləyə imza atdırıblar.
Turab Lətifov krediti tam ödəyib. İndi isə bank ikinci devalvasiyadan sonra əmələ gələn əlavə məbləği ondan tələb edir. Bu da 507 manat edir.
Ekspertlər bildirirlər ki, bankın məcburi şəkildə müştəriyə müqavilə imzalatmaq hüququ yoxdur. Turab Lətifov aldadıldığını bildiyi andan etibarən 1 il ərzində məhkəməyə müraciət edərək müqaviləni ləğv etdirə bilərdi. Lakin artıq həmin müddət bitdiyindən məhkəmədə iddi qaldırsa da, heç bir xeyri olmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    .svoyski. · 19 Mart 21:3700

    Menim atamida bele aldadiblar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.