İqtisadiyyat

Azərbaycan məhsullarına Rusiyada tələbat yüksəkdir

18 Mart 2017 20:51
1 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac edildiyi ölkə Rusiyadır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu ölkənin elə bazarı yoxdur ki, orda Azərbaycanda istehsal olunan aqrar məhsula rast gəlinməsin. Elə ruslarin da bizim məhsullarımıza rəğbəti böyükdür. Əməkdaşımız Şəhriyar İmanbəylinin hazirladığı süjet də elə bu barədədir.
Rusların dadına doymadıqları Azərbaycan məhsulları Rusiya bazarlarında ən çox alınan xarici meyvə-tərəvəzlər sırasındadır.
Keyfiyyətindən asılı olaraq dəyişən qiymətlər ruslar üçün normal hesab edilir.
Azərbaycanlı satıcılar deyirlər ki, yerli ruslar Azərbaycan istehsalı olan meyvə-tərəvəzin dadına bələddirlər.
Onların sözlərinə görə, ruslar Azərbaycan məhsulunu ayırd edə bildikləri üçün başqa ölkələrə məxsus malları Azərbaycan malı adından satmaq çətindir.
Azərbaycanda yetişən pomidor, xiyar, alma və nar kimi məhsullar bazarlarda digər ölkələrin məhsullarına nisbətən daha yaxşı satılır.
Rusiyanın ən böyük meyvə-tərəvəz və ərzaq anbarı olan "Fud Siti"dən "Xəzər Xəbər"ə verilən məlumata görə, hər il bu bazara Azərbaycandan minlərlə ton məhsul qəbul edilir.
Görünən odur ki, Rusiya bazarlarında Azərbaycan məhsullarına tələbat hələ də böyükdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.