İqtisadiyyat

Tanımadığı adamlara zamin durdu, başına iş açdı

18 Mart 2017 20:39
1 Şərh     Baxış: 853

Özü də bilmədən tanımadığı 2 nəfərə zamin durub...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Novruz Fərəcov 1 il əvvəl kredit götürmək üçün iş yoldaşına zamin durub. Həmin vaxt sənədlər imzalanarkən onu aldadaraq əlavə 2 nəfərə zamin durmaq barədə də imza atdırıblar.
Novruz Fərəcov deyir ki, o, eyni sənədin bir neçə nüsxəsinə imza atdığını zənn edib.
İndi də həmin şəxslər yoxa çıxıb. Ona görə də, bank onları məhkəməyə verəcəyini bildirib. Bu işdə zamin olaraq Novruz Fərəcovdan kömək istəyirlər.
Novruz Fərəcov isə deyir ki, bu problem bankın əvvəlki sədrinin saxtakarlığı ucbatından yaranıb. Məsuliyyət də onların üzərinə düşür.
Ekspertlər bildirirlər ki, Novruz Fərəcov aldadılaraq zamin edilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Lakin zaminliyini ləğv etdirmək şansı çox aşağıdır. Kredit götürənləri tapmaq da zaminin vəzifəsi deyil. Ekspertlər məsləhət görürlər ki, bank krediti Novruz Fərəcovdan tələb etsə, ödəniş zamanı qəbzlərdə mütləq öz adını qeyd etdirsin. Bu üsulla da sonra məhkəmə yolu kredit götürəndən ödədiyi məbləği geri ala bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    777 · 18 Mart 20:5300

    Men bele hesab edirem ki, heç kese zamin durmaq lazim deyil. Men caresizlikden ağlayan, yalvaran adama kredit götûrdûm. Sonra basima ne oyunlar açdiğini bir bilseniz... Dûnyani alçaqliq götûrûb...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.