İqtisadiyyat

Sığorta şirkətlərinə sərt xəbərdarlıq

16 Mart 2017 21:07
0 Şərh     Baxış: 490

Sığorta müqavilələri aydın şəkildə tərtib edilməlidir. Şərtlər də sığortaçıya tam izah edilməlidir. Göstərişlərə əməl etməyən sığorta şirkətlərini ciddi cəza gözləyir. Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə növbəti dəfə xəbərdarlıq edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sığorta müqavilələri aydın şəkildə tərtib edilməlidir. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. Görüş zamanı o, istehlakçıların hüquqlarının qorunması məqsədilə müqavilələrin müştərilər üçün tam aydın şəkildə tərtib edilməsini tapşırıb.
Göstərişə əməl etməyən sığorta şirkətlərini cəza gözləyir. Hüququ pozulan sığortaçılar Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərlər.
Palata müqavilələrin düzgün tərtib edilməsi istiqamətində sığorta şirkətləri ilə zəruri tədbirləri davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.