İqtisadiyyat

Ya yazılmır ya da elə yazılır ki, GÖRMƏK OLMUR

16 Mart 2017 21:05
0 Şərh     Baxış: 448

Əvvəllər məhsul alarkən çox insan onun üzərindəki istehsal və son istifadə tarixinə baxmazdı. İndi isə əksinə insanlar məhsulun yararlılıq müddətinə baxmamış heç nəyi almır. Amma təəssüf ki, bəzi şirkətlər istehsal etdiyi məhsulun üzərinə ya istehsal tarixi və saxlanma müddəti haqda məlumati qeyd etmir, yaxud da bu məlumat elə yazılır ki, heç oxumaq da olmur. Belə şirkətlərə qarşı hansı cəzalar nəzərdə tutulur, indi öyrənəcəksiniz.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, heç bir rəqəmə oxşamır, bilmirsən ki, neçədir. Burda isə rəqəmlər elə solğundur ki, heç oxumaq olmur. Bu məhsulda isə istehsal tarıxı var, amma son istəfadə müddəti yazılmayıb.
Bir çox məhsulların üzərində yararlılıq tarixi haqda məlumatlar elə qeyd olunur ki, onları oxumaq mümkün deyil. Bəzi məhsullarda isə istehsal tarıxı haqda ümumiyyətlə məlumat yoxdur.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən həmçinin bildirdilər ki, yararlılıq istehsal və son istifadə tarıxı haqda məlumatların yerləşdirilməsinin də standartları var.
Məlumatların belə yerləşdirilməsi müştərinin məhsul haqda məlumat almaq hüququnun pozulmas deməkdir və İnzibatı Xətalar Məcəlləsinin 453-cü maddəsinə görə istehsalçını 200 manata qədər cərimə gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.