İqtisadiyyat

Bayramla əlaqədar Bakıya 100 əlavə aviareys olacaq

16 Mart 2017 13:55
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya yerinə yetirilən aviareyslərə olduqca böyük tələbat var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

"Körfəz ölkələrindən Bakı istiqamətindəki uçuşlara böyük tələbat var. Söhbət həm "Air Arabia", həm də "FlyDubai" aviaşirkətinin yerinə yetirdiyi reyslərə olan tələbatdan gedir. Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya 100 əlavə reysin yerinə yetirilməsinə icazə verilib", - o bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.