İqtisadiyyat

"Muğanbank" ASC-dən "MONEX" ilə Bahar Kampaniyası

14 Mart 2017 16:59
3 Şərh     Baxış: 785

Muğanbank, "MONEX" təcili pul köçürmə sistemi vasitəsi ilə müştərilərə Novruz bayramı ərəfəsində bahar kampaniyası təqdim edir. Belə ki, mart ayının 15-dən başlayaraq Muğanbank ASC-nin baş ofisi və filiallarından, "MONEX" vasitəsi ilə ölkədaxili pul göndərən zaman, müştərilər xidmət haqqının yalnız 50 faizini ödəyəcəklər. Kampaniya mart ayının 31-dək davam edəcək.

Xatırladaq ki, 2011-ci ildə "Muğanbank" ASC tərəfindən yaradılmış "MONEX" sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o cümlədən Azərpoçtun filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili Pul Köçürmələrindən əlavə "MONEX" sistemində Kütləvi Ödənişlər, IBAN hesaba köçürmələr, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur. Xidmət və tariflər ilə bağlı ətraflı məlumatı www.monexmt.az saytından əldə etmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    alexandro bosso · 14 Mart 17:0800

    muganbank sizin yerli avropa bankiniz

    Cavab yaz
    • Anonim
      sahin · 14 Mart 18:0100

      Qazanci tukenifdi?

      Cavab yaz
  • Anonim
    sahin · 14 Mart 18:0000

    Onansa kreditlerin faizini axalt

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.