İqtisadiyyat

Muğanbankın baş ofisində "Muğanbank Çek" üzrə 8-ci tiraj keçiriləcək

13 Mart 2017 14:38
Baxış: 1 234

"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində, mart ayının 15-də, saat 10:00-da "Muğanbank Çek"üzrə 8-ci tiraj keçiriləcəkdir.

"Muğanbank Çek"-lər üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Maksimum uduş məbləği 10 000 AZN-dir.Bank tərəfindən 10 mln. manat dəyərində 200.000 ədəd "Muğanbank Çek" dövriyyəyə buraxılıb. Hər Çekin nominal dəyəri  50 manatdır. "Muğanbank Çek" sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.

"Muğanbank Çek" dövriyyədə olduğu müddətdə çek sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. Muğanbank Çek sahibləri çekləri istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər.

Uduşa düşmüş istiqrazların nömrələri ilə həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz. Canlı yayımı qeyd olunmuş "link"dən izləmək mümkündür. https://www.muganbank.az/retail/mugancheck/mugancheck_online/ 
 
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.