İqtisadiyyat

"Rusiya İrandan ildə 5 milyon ton neft ala bilər"

7 Mart 2017 20:59
0 Şərh     Baxış: 540

"İran ilə imzalanmış ikitərəfli sazişə əsasən Rusiya bu ölkədən sutkada 100 min barrel, ildə 5 milyon ton neft ala bilər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O, bildirib ki, bu sxemin reallaşması üçün mexanizm razılaşdırılmalıdır.

Qeyd edək ki, fevralda İranın ISNA agentliyi məlumat yaymışdı ki, Rusiya İrandan gün ərzində alacağı 100 min barrel neftin əvəzini yarı nağd pul, yarı mal və xidmətlərlə ödəyəcək.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.