İqtisadiyyat

Bank of Baku-dan xanımlara 8 martda 8 HƏDİYYƏ!

6 Mart 2017 12:00
Baxış: 1 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində, Bank of Baku, xanımlara özəl 8 gün davam edəcək 8 kampaniyaya start verir.

Hər bir xanım müştərinin sevincinə səbəb olacaq bu kampaniyalardan Bankın həm cari, həm də yeni müştəriləri faydalana bilər.

8 gün davam edəcək 8 kampaniyaya aşağıdakılar daxildir:

1.​ Gənc xanımlara Bolkart Gənc debet HƏDİYYƏ - yaşı 27-dək olan, Bolkart Gənc debet əldə etmək istəyən xanımlar kartı emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq əldə edə bilərlər;

2.​ Bolkart Ailə debet PULSUZ - yaşı 27-dən yuxarı olan xanımlar Bolkart Ailə debet kartını emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq rəsmiləşdirəcəklər. Bolkart Ailə debet kartına sahib olan bəylər isə öz kartlarına bağlı ikinci kart əldə edərək xanımlarına hədiyyə edə bilərlər.

3.​ İŞKART debet PULSUZ - xanım sahibkarlar və ya VÖEN hesabına malik vergi ödəyicisi olan hər bir xanıma kart 1 və ya 2 illik HƏDİYYƏ edilir;

4.​ Nağd pul kreditlərinə 0% komissiya - 5000 AZN-dək nağd pul krediti üçün müraciət edən xanım müştərilərə komissiya faizi HƏDİYYƏ!

5.​ Xanım sahibkarlar üçün əmək haqqı layihəsi üzrə ayrılan plastik kartlar PULSUZ!

6.​ Bolkart Gənc və Bolkart Ailə kredit kartlarının 1-ci il xidmət haqqısı PULSUZ!

7.​ Bolkart kredit kartları ilə 3 və ya 6 aya ödə partnyorlarında 8 aya ödəmək imkanı - 8 taksit kampaniyası yalnız geyim, parfümeriya, aksessuar, telefon və məişət avadanlıqları satılan mağalarda keçərlidir.

8.​ Lider və Monex təcili pul köçürmələri üzrə 50% ENDİRİM!

Bayram ərəfəsində xanımları təbrik etmək istəyən bəylər də bu kampaniyalardan bəhrələnərək, xanımlarına sərfəli şərtlərlə hədiyyə əldə edə biləcəklər.

Kampaniyalar haqqında daha ətraflı məlumatı Bankın rəsmi facebook səhifəsinə daxil olaraq https://www.facebook.com/bankofbaku/ və ya 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.