İqtisadiyyat

OMV: Azərbaycanda Avropaya ixrac oluna biləcək əhəmiyyətli qaz potensialı mövcuddur

9 İyun 2011 17:59
Baxış: 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda "Şahdəniz" yatağı ilə yanaşı, Avropaya ixrac oluna biləcək əhəmiyyətli qaz potensialı mövcuddur.

Trend-in məlumatına görə, bu barədə Avstriyanın OMV şirkətinin Beynəlxalq boru kəmərləri layihələri idarəsinin rəhbəri Maykl-Diter Ulbrix cümə axşamı 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransı çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, xüsusilə "Fukusima-1" AES-də baş verən faciəli hadisələrdən sonra Avropanın qaza və onun idxalına tələbatı artacaq.

Bununla əlaqədar bir neçə boru kəməri layihələrinin olması məqsədəuyğun olardı. Onun sözlərinə görə, bazarlar, qaza tələbat və Xəzər regionunda onun əlçatan həcmləri mövcuddur və ona görə də çoxlu sayda boru kəmərlərinin olması lazımdır.

Ulbrix deyib ki, habelə Avropa bazarlarına tədarük edilə biləcək potensial qaz Türkmənistanda da var.

Türklmənistan qazının Avropaya nəqli məqsədilə boru kəmərinin tikintisi üçün heç bir qanunvericilik əngəlləri yoxdur.

"Biz Aİ-nin dəstəyi ilə Azərbaycanla Türkmənistan arasında hökumətlərarası sazişə gətirib çıxara biləcək bir çox vədlər verən danışıqları izləyirik", - Ulbrix deyib.

Onun sözlərinə görə, Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli üçün Transxəzər qaz kəmərinin tikintisi kommersiya baxımından da sərfəli ola bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.