İqtisadiyyat

“Türk axını”nın dəniz hissəsinin inşasının başlama tarixi bilindi

28 Fevral 2017 08:53
0 Şərh     Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazprom" şirkəti "Türk axını"nın dəniz hissəsinin inşasına yaxın aylarda başlamağa planlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin idarə heyətinin üzvü Oleq Aksyutin bildirib.
 
"Hazırda Rusiya ərazisində qaz nəqliyyat sisteminin genişləndirilməsi üzrə işlərin əsas hissəsi başa çatıb. Yaxın aylarda, ən uzağı cari ilin ikinci yarısında "Türk axını"nın dəniz hissəsinin inşasına başlanılacaq", deyə O.Aksyutin qeyd edib.
 
Qeyd edək ki, "Türk axını" Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.  Müqaviləyə əsasən kəmərin tikintisinin 2019-cu ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub. Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.