İqtisadiyyat

İcraçı direktor: ""Cənub Qaz Dəhlizi" IGB layihəsinin irəliləyişində əsas rol oynayır"

27 Fevral 2017 10:27
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cənub Qaz Dəhlizi" Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin irəliləyişində əsas rol oynayır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında layihənin operatoru olan ICBG AD şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

O qeyd edib ki, bu iki layihə bir-biri ilə qarşılıqlı əlaqəlidir: "Biz Bolqarıstan və Azərbaycan arasında sıx tərəfdaşlığa çox ümid edirik".

T.Georgiyeva bildirib ki, Azərbaycanın planına uyğun gəlmək və 2020-ci ildə Avropaya qaz tədarük etmək üçün 2018-ci ildə IGB-nin tikintisinə başlamaq lazımdır.

İcraçı direktorun sözlərinə görə, SOCAR-ın IGB-də müəyyən gücü özünə ayırması sübut edir ki, IGB "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsində mühüm rol oynayan layihə kimi qəbul edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.