İqtisadiyyat

"Bütün maliyyə institutları "Cənub Qaz Dəhlizi" layihəsinə sadiq olduqlarını bir daha təsdiq ediblər" - FOTO

23 Fevral 2017 17:44
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən bütün maliyyə institutları bu layihəyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iclasın yekunu üzrə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.