İqtisadiyyat

Maroş Şevçoviç: ""Cənub qaz dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır" - YENİLƏNİB

23 Fevral 2017 17:32
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

17:32

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclası zamanı Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi"nin tikintisində irəliləyiş təkcə layihəyə daxil olan ölkələrin gördüyü böyük işlər sayəsində yox, həm də danışıqlar masası arxasında yaradılmış xoş mühit sayəsində əldə olunub.

M.Şevçoviç qeyd edib ki, Avropa Xəzər hövzəsi kimi bir regionla birləşməyə və Azərbaycan kimi tərəfdaşla birgə fəaliyyət imkanına görə bu layihəni yüksək qiymətləndirir.

O deyib: "Mən beynəlxalq maliyyə təşkilatlarını Avropanın müxtəlif qurumlarının bu layihənin maliyyələşdirilməsinə cəlb olunması imkanlarını tədqiq etməyə çağırıram".

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilir. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri M.Şevçoviç iştirak edir.

----------

14:28

""Cənub qaz dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclası zamanı Avropa Komissiyasının Energetika İttifaqı məsələləri ilə bağlı vitse-prezidenti Maroş Şevçoviç deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.