İqtisadiyyat

Nissan-da qəfil istefa

23 Fevral 2017 10:33
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Nissan Motor avtomobil konserninin prezidenti və icraçı direktoru Karlos Qon istefa vermək niyyətindədir.

Milli.Az Associated Press-ə istinadən bildirir ki, onu konsernin top-meneceri Hiroto Saikava əvəzləyəcək.

Karlos Qon aprelin 1-də postu ilə vidalaşacaq.

"Müstəqil struktur kimi şirkətə nəzarəti və idarəetməni davam etdirəcəyəm. İndi Renault-Nissan-Mitsubishi alyansının strateji inkişafına və genişlənməsinə daha çox vaxt ayıra biləcəyəm", - K.Qon söyləyib.

O, Nissan-ın direktorlar şurasının sədri postunu özündə saxlayıb.

Karlos Qon hazırda Nissan Motor-un prezidenti, Fransanın Renault konserninin direktorlar şurasının sədri və Yaponiyanın Mitsubishi Motors konserninin direktorlar şurasının rəhbəridir.

Nissan Motor-un 247500 əməkdaşı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.