İqtisadiyyat

ABŞ-ın "neft oyunu" - "Yankilər"in məqsədi nədir?

17 Fevral 2017 11:50
Baxış: 1 798

Amerika dünya bazarlarına satış üçün xam neft çıxarışı həcmini getdikcə artırır. Bir tərəfdən də məlum olduğu kimi, OPEC və ona üzv olmayan ölkələr hasilatı azaldır. Bunun müqabilində ABŞ-ın ixracı getdikcə bu cür artırması heç də təsadüfi xarakter daşımır.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

İqtisadçının fikrincə, bu, ya qiymətləri ucuzlaşdırmaq məqsədi daşıyır, ya da ki, OPEC-i və onu dəstəkləyənləri qərarlarından vaz keçməyə çağırır: "Keçən həftə ərzində ABŞ tərəfindən dünya bazarlarına düz 7 milyon barel həcmində xam neft çıxarıldığı deyilir. Eyni zamanda, OPEC-in də məhz göstərilən həcmdə "ixtisara" getdiyi bildirilir.

Maraqlı situasiyadır. Neftin bahalaşması ABŞ-a bu sahədə öz ixracını şist hasilatını canlandırmaq yolu ilə əslində, genişləndirməyə imkan açır. Amerika isə bazarda təklifi açıq-aşkar yüksəltməklə, belə çıxır ki, bunu bir növ özü əngəlləməyə çalışır".

Ekspert bunun səbəbini belə izah edib: "Hesab edirəm ki, burada yenə məhz siyasi səbəblər mühüm rol oynayır. Bəli, aşkar görünür ki, ABŞ neftin dünya bazar qiymətlərinin çox da yüksəlməsini istəmir. Lakin iş ondadır ki, bu sahədə çox ucuzlaşma da Amerikaya sərfəli deyil. Belə ki, neft 40 ABŞ dolları həndəvərində olanda Amerikada şist sənayesi durğun vəziyyətlə üzləşir. Odur ki, neftin 1 barelinin qiymətinin hələ uzun müddət 48-58 dollar arasında rəqs edəcəyi gözlənilir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.