İqtisadiyyat

Lamborghini 5900 avtomobil geri çağırır

16 Fevral 2017 08:18
0 Şərh     Baxış: 2 046

İtaliyanın "Lamborghini" superkar istehsalçısı şirkəti alışma riskinin olması səbəbi ilə bütün dünya üzrə təxminən 5,9 min avtomobili geri çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki, geri çağırma yanacaq sistemindəki nasazlıqla ilə bağlıdır. Bu nasazlıq səbəbindən avtomobil alışıb yana bilər. Hazırda nasazlıq üzündən xəsarət alanlar barədə şirkətin məlumatı yoxdur.

Geri çağırış "Aventadors" və "Veneno" modelləri aiddir. Şirkət bütün tarixi ərzində yalnız 12 "Veneno" superkarı buraxıb və onların qiyməti 4 milyon dollardan başlayır.

Qeyd edək ki, "Lamborghini" şirkəti 1963-ci ildə yaradılıb. O, "Volkswagen" konserninin tərkibinə daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.