İqtisadiyyat

Azər Türk Bank-dan öz müştərilərinə şad xəbər

7 Fevral 2017 11:15
Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda plastik kartların sahiblərinin ən çox istifadə etdiyi xidmətlərdən biri ATM vasitəsilə nağdlaşdırma əməliyyatıdır. Hamıya məlumdur ki, bir bankın müştərisi digər bankın ATM-dən istifadə etdiyi zaman komissiya ödəməli olur. Azər Türk  Bank öz müştərilərinə bəyan edir ki, 07 fevral 2017-ci il tarixdən etibarən əmək haqqı kartları ilə Azərbaycan Respublikası daxilində istənilən bankın bankomatından əmək haqqını çəkdiyiniz zaman heç bir komissiya tutulmayacaq.

1995-ci ildən fəaliyyət göstərən Azər Türk Bank ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.