İqtisadiyyat

İlin ən güclüləri "Bomba" qazanacaqlar

6 Fevral 2017 16:25
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər Azərbaycanın internet məkanında sosial şəbəkələrin populyarlığının artdığının şahidiyik. Həmçinin medianın da bu platformada təmsil olunması, geniş kütlənin marağına səbəb olan mövzuların işıqlandırılması, diqqət çəkən layihələrin təqdimatı və s. sosial şəbəkələri ünsiyyət vasitəsi müstəvisindən çıxararaq daha geniş orbiti zəbt etməsinə təkan vermişdir.

Bunları nəzərə alaraq Azərbaycanda Azər Türk Bank-ın da sponsoru olduğu "Bomba" Sosial Media Mükafatı layihəsi həyata vəsiqə almışdır.

Yenilikçi və innovativ bank olan Azər Türk Bank layihədə iştirak etməklə korporativ şirkət və təşkilatların sosial mediada aktivliyinin stimullaşdırılmasına dəstək vermək niyyətindədir. Layihənin məqsədi son 1 ildə sosial şəbəkələrdəki korporativ səhifələrində çoxsaylı izləyici diqqətinə səbəb olmuş paylaşımlar etmiş şirkət və təşkilatları müəyyənləşdirərək mükafatlandırmaqdır. İlin ən güclüləri "Bomba" Akademiyası tərəfindən seçiləcək. Qaliblərin mükafatlandırılması mərasimi 11 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək. Bununla bağlı Azər Türk Bank bu mərasimə dəvətnamə qazanmaq istəyənlər üçün müsabiqə elan edir. Müsabiqənin şərtləri belədir:

  • Azər Türk Bank-ın facebook və ya instagram-dakı rəsmi korporativ səhifələrindəki postları qalib olmaq istəyən izləyici öz səhifəsində bir neçə dəfə paylaşım etməlidir.

  • Bankın rəsmi facebook və instagram səhifəsinə maksimum çox dostlarını dəvət etməlidir.

  • "Azər Türk Bankla #Bomba müsabiqəsində mən .....cümləsini kreativ şəkildə tamamlamalıdır.

  • Qalib olmaq üçün etdiyiniz paylaşımları və Bankın rəsmi facebook və instagram səhifəsinə dəvət etdiyiniz dostlarınızın şəkillərini print screen edərək [email protected] e-poçt ünvanına göndərə bilərsinizhəmçinin qeyd edilmiş e-mail ünvanına suallarınızı yaza bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.