İqtisadiyyat

Sevinc dərmandan daha yaxşıdır! - FOTO

6 Fevral 2017 11:59
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə gənclərin, xüsusilə də körpə və yeniyetmə yaşına çatmamış uşaqların sağlamlığı, onların müayinə və müalicəsi üçün dövlətimiz tərəfindən dünya meyarlarına uyğun səhiyyə ocaqları inşa və lazımi avadalıqla təchiz edilmişdir.

Bu müəssisələrdən biri də bir neçə ildir fəaliyyət göstərən Milli Onkologiya Mərkəzinin nəzdində olan Uşaq Onkoloji şöbəsidir. Burada kompleks müalicənin bütün növləri mükəmməliklə icra edilməkdədir.

Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günündə  Azər Türk Bankın nümayəndələri Milli Onkologiya Mərkəzinin nəzdində olan Uşaq Onkoloji şöbəsindəki xəstə uşaqlara baş çəkmiş, onların və valideynlərinin yeganə ehtiyacının ictimai diqqət, mənəvi dəstək, insanların sevgi və ünsiyyəti olduğunu görmüşlər. Verilən hədiyyələrdən daha çox uşaqlar klounların şən rəqslərinə, zarafatlarına sevinmiş, ürək dolusu şənlənmişlər. Sevinc və gülüş dərmandan daha yaxşı müalicə edir, demişlər aqillər. Biz də Azər Türk Bank olaraq şəfa arzusu ilə xəstə uşaqlara beləcə sevinc payı gətirdik.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.