İqtisadiyyat

Bütün pullar eyni dərəcədə tədavül vasitəsidir - Mərkəzi Bankdan manat açıqlaması

24 Yanvar 2017 21:03
0 Şərh     Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi kağız pul nişanlarının üzərinə Azərbaycan Milli Bankı, bəzilərinə isə Azərbaycan Mərkəzi Bankı yazılıb. Bu isə vətəndaşlar arasında çaşqınlıq yaradıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu anlaşmazlığı nəzərə alan Azərbaycan Mərkəzi Bankı bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2006 və 2009-cu illər arasında istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılıb. Çünkü 2009-cu ilə qədər Azərbaycan Mərkəzi Bankının adı Azərbaycan Milli Bankı olub. Ancaq 2009-cu ildə keçirilən referendumdan sonra "Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu"na dəyişikliklər edilib.

Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunub.

Hazırda tədavüldə üzərində "Azərbaycan Mərkəzi Bankı" sözləri yazılmış sadəcə 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur.  Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz ediləcək.

Açıqlamada həmçinin bildirilib ki, üzərində "Azərbaycan Milli Bankı" və "Azərbaycan Mərkəzi Bankı" sözlərinin yazılmasından asılı olmayaraq, bütün pullar eyni dərəcədə tədavül vasitəsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.