İqtisadiyyat

Azərbaycan Türkiyənin qazını artırdı

24 Yanvar 2017 10:46
2 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyəyə 5,89 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin analoji dövründə bu göstərici 5,57 milyard kubmetr olub.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji bazarının nizamlanması idarəsinin saytında dərc olunan hesabatda deyilir.

Hesabata əsasən, Türkiyə ötən ilin yanvar-noyabrında 40,78 milyard kubmetr qaz idxal edib. Azərbaycanın bu dövrdə Türkiyənin ümumi idxalında payı 14,43 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan qazı Cənub Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.