İqtisadiyyat

Davosda "PwC" və SOCAR rəhbərləri arasında görüş keçirilib

23 Yanvar 2017 18:25
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Davosda keçirilən Dünya İqtisadi Forumunda PwC-nin qlobal şəbəkəsinin prezidenti Bob Moritz və PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Olqa Qriqer ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov arasında görüş keçirilib.

Milli.Az bildirir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə hər iki tərəf üçün əhəmiyyət kəsb edən bir çox strateji məsələ və təşəbbüslər, o cümlədən, Azərbaycan və regional iqtisadiyyatın inkişafı mövzusunda açıq və səmərəli müzakirə aparılıb.

PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Olqa Qriqer-Siddons deyib:

"Dünya İqtisadi Forumu qlobal şəbəkəmizdəki önəmli tərəfdaşlar və müştərilər ilə görüşmək və strateji biznes məsələlərini və imkanları müzakirə etmək üçün gözəl şərait yaradır. Cənab Abdullayev və cənab Nəsirov ilə görüşümüzdən məmnun olduq. Biz SOCAR ilə münasibətlərimizə böyük dəyər veririk və peşəkar məsləhətçi kimi SOCAR-la əməkdaşlığımızı davam etdirmək arzusundayıq".

SOCAR Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsidir. O, ölkənin neft və qaz sənayesi üçün yol açmaqla yanaşı, qabaqcıl idarəetmə təcrübəsindən istifadə etməklə iqtisadiyyatın modernləşdirilməsinə böyük töhfə verib.

SOCAR şirkətin transformasiya proqramını həyata keçirməkdə ona dəstək olmaq üçün PwC şirkətinə etimad edib. PwC SOCAR-ın strareji tərəfdaşıdır və bu münasibətlərin əhəmiyyəti bizim məqsədimizin mahiyyətində öz əksini tapıb. Məqsədimiz isə, cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib:

"SOCAR maliyyə və idarəetmənin təkmilləşdirilməsi sahəsində PwC ilə bir sıra yüksək əhəmiyyətli layihələrdə tərəfdaşlıq edib. PwC rəhbərliyinin ölkəmizə və şirkətimizə qarşı göstərdiyi yüksək diqqətə görə məmnunuq. Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə başlayır. SOCAR yeni iqtisadi yol xəritəsinin ayrılmaz bir hissəsidir və biz PwC-nin bu sahədə qazandığı bilik və qabaqcıl təcrübəsindən yararlanmağa ümid edirik".

SOCAR PwC üçün beynəlxalq əhəmiyyətli tərəfdaşdır. Bu bir daha şirkətin Azərbaycana və SOCAR-a qarşı göstərdiyi diqqət və qayğını əks etdirir. Biz həm strategiya, həm də icra mərhələlərində SOCAR və Azərbaycana dəyər qazandırmaq üçün qlobal şəbəkəmizdən, bilik və təcrübəmizdən yararlanmaqda davam edəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.