İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bitəcəyi VAXT bilindi

23 Yanvar 2017 15:20
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işlərinin başa çatmasına iki-üç ay vaxt qalır. Dəmir yolunun tikintisinin mart-aprel aylarında başa çatacağı gözlənilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə nazir Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, dəmir yolunu hələ 2012-ci ildə istismara vermək planlaşdırılsa da, podratçı qurumlar arasında davam edən məhkəmə çəkişmələri tikinti müddətinin uzanmasına səbəb olmuşdu.

Arslan qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra bu, Çindən Avropaya yük daşımaları üçün ən qısa yol olacaq.

Nazir Qazaxıstanın bu marşrut vasitəsilə 10 milyon ton yük daşımağı planlaşdırdığını da qeyd edib. "Çindən hər il 240 milyon ton yük daşınır. Əgər bu ölkə yükün 10 faizini BTQ ilə daşımağa razılıq verərsə, bu, ildə 24 milyon ton yük daşınması deməkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.