İqtisadiyyat

Nazir: "Məhkəmə çəkişmələri Bakı-Tbilisi-Qars layihəsinin icrasını 3 il gecikdirib"

23 Yanvar 2017 11:58
0 Şərh     Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının cari ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

"Hal-hazırda dəmir yolu layihəsinin inşası ilə bağlı qızğın işlər gedir. Qış fəslinin də çətinliklərini nəzərə alsaq, mart və ya aprel ayında inşaat işlərini yekunlaşdırmağı planlaşdırırıq", - deyə nazir vurğulayıb.
 
Layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən danışan nazir deyib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikmə ilə icrasına səbəb olub: "Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1 ildən çox, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.