İqtisadiyyat

Məhsuldarlığın artırılması üçün yeni əkin dövriyyələri sxemləri hazırlanıb

22 Yanvar 2017 13:28
Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaqların biomüxtəlifliyi, genezisi, ekoloji qiymətləndirilməsi, torpaq ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi ilə bağlı apardığı tədqiqatı yekunlaşdırıb.

İnstitutun direktoru Əlövsət Quliyev Trend-ə bildirib ki, ilk dəfə subtropik zonanın tərəvəzəyararlı suvarılan torpaqlarının biomorfogenetik diaqnostikası hazırlanıb və ərzaq təhlükəsizliyi baxımından məhsuldarlığın artırılması məqsədilə bölgələr üzrə əkin dövriyyələri sxemləri təklif olunub.

Ə.Quliyev qeyd edib ki, tədqiqat zamanı subtropik zonanın suvarılan boz-qonur, boz-çəmən, allüvial çəmən-meşə və qleyli-sarı torpaqlarının kompleks bioloji göstəricilər əsasında bioloji vəziyyətinin inteqral göstəricisi (TBVİG) müəyyən edilib və bioloji qiymətləndirmə aparılıb. Tərəvəzaltı suvarılan torpaqların münbitliyinin qorunub saxlanmasında və artırılmasında əkin dövriyyələrinin rolu bioloji göstəricilər əsasında müəyyən edilib.

Direktor əlavə edib ki, bu torpaqların münbitliyinin bərpası məqsədilə kompleks aqromeliorativ tədbirlər sistemi hazırlanmış və təsərrüfatlarda tətbiq edilib.

Ə.Quliyevin sözlərinə görə, Azərbaycanın rütubətli subtropik zonasının torpaqları ekoloji qiymətləndirilmiş, monitorinqi aparılmış, münbitlik modelləri hazırlanmış, təbii və mədəni biosenozların səmərəli istifadəsi və yaxşılaşdırılması yolları da işlənilib:

"Rütubətli subtropik zona üçün kənd təsərrüfatı bitkilərinin ekoloji tələbinə uyğun qiymət meyarları, təshih əmsalları seçilib, torpaqların aqroekoloji əsasda bonitirovkası və aqroistehsalat qruplaşdirilması aparılıb, müqayisəli dəyərlilik əmsalı tapılıb, 1:100 000 miqyasında bonitet kartoqramı tərtib edilib. Torpaq və mühit amillərinin təzahür dərəcəsi balla qiymətləndirilməsinin yeni konsepsiyası irəli sürülüb, vilayət torpaqlarının, ekoloji qiymət balları tapılıb, 1:100 000 miqyasında ekoloji qiymət xəritəsi tərtib edilib; Çay, üzüm, taxıl, tərəvəzaltı torpaqların müasir vəziyyətini əks etdirən parametrləri əsasında ekoloji münbitlik modelləri işlənib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.