İqtisadiyyat

Pambıq əkinini artırmaq istəyir, amma subsidiyanı ala bilmir

21 Yanvar 2017 21:13
1 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy sakini bu il 11 hektar ərazidə pambıq əkmək fikrindədir. Ancaq alacağı pul gecikdiyinə görə işləri ləngiyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Xanqərvənd kənd sakini Mehman Əzizov özünə məxsus 6 hektar sahəni əkib. Əlavə olaraq kənd sakinlərindən icarəyə götürdüyü 5 hektar sahədə isə şum və suvarma işlərini həyata keçirsə də, işini davam etdirə bilmir. Səbəb isə müqavilə ilə hər hektar üçün ödənilməli olan 150 manatın gecikməsidr.

Fermer məsələ ilə bağlı müqavilənin bağlandığı "CTS-Aqro" şirkətinə müraciət etsə də, vəsaitin yaxın günlərdə banka köçürüləcəyi bildirlib.

Mehman Əzizov deyir ki, işlər indi görülməlidir. Çünki pambığın əkilib yetişdirilməsi ləngiyir.

"CTS-Aqro" şirkətindən isə bildirildi ki, şirkət müqavilələrin bağlandığı tarixdən etibarən məhsulun istehsalından tutmuş, tədarük olunana qədər bütün prosesi izləyir. Amma vəsaitin fermerlərə ödənilməsi şirkətin səlahiyyətində deyil. Fermerlərə ödənişlərin ayrılmasına "Aqrarkredıt" bank cavabdehdir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, "Aqrarkredıt" rəsmiləri ilə söhbət aparılıb, hazırda ödəmələrlə bağlı xırda problemlər var və yaxın vaxtlarda bu problemlər həllini tapacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.