İqtisadiyyat

ABB haqqında cinayət işi açılmış filiallarla bağlı məsələyə aydınlıq gətirdi

16 Yanvar 2017 17:30
0 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Bankı (ABB) bankın haqqında cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az bildirir ki, mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin filiallar Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Binəqədi filiallarıdır. Bu filiallarla bağlı araşdırmaların aparılması üçün Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ABB özü müraciət edib. Belə ki, bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb. Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar dərhal işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib.

Qeyd edilib ki, Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin qanunvericiliyə uyğun qurulmasında, mövcud nöqsan və çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasında, şəffaflığın təmin olunmasında maraqlıdır. Bank mərkəzi və yerli struktur bölmələrinin fəaliyyətində yol verilən hər hansı hüquqazidd hallara qarşı bundan sonra da prinsipiallıq nümayiş etdirəcək, qanunvericiliyin tələbələrini əsas tutacaq, müştəri etimadını qorumaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.