İqtisadiyyat

Bakıda 15 milyon dollarlıq layihə planlaşdırılır

16 Yanvar 2017 16:07
Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsalı zavodunun tikintisini müzakirə edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu gün Bakıda təməli qoyulan əczaçılıq zavodu İranla birgə ikinci zavoddur: "İlk zavodun - avtomobil istehsalı üzrə - tikintisinə ötən il Neftçala sənaye məhəlləsində başlanıb".

Qeyd edək ki, "Iran Khodro" ilə Azərbaycanın "Azeurocar" şirkəti İrana məxsus "Dena", "Rana", "Soren" və "Samand" markalı avtomobillər istehsal edəcəklər. Layihə 15 milyon dollar qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.