İqtisadiyyat

Kapital Bank-ın müştəriləri qiymətli hədiyyələr əldə etdilər

16 Yanvar 2017 11:40
Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Kapital Bank Yeni il münasibətilə 14 dekabr 13 yanvar tarixləri arasında "Gündəlik tələbat krediti" məhsulu üzrə hədiyyəli aksiya keçirib. Aksiya ərzində 3 müştəri iPad, 2 müştəri iPhone 7, 7 müştəri Samsung televizoru və on mindən artıq müştəri 5%-dək endirim əldə etdi.

Kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilirdi və müştəri yerindəcə ona təqdim edilən kuponu silərək, qazandığı hədiyyəni müəyyən edirdi. Qeyd edək ki, bütün kuponlar hədiyyəli idi.

Kampaniyanın şərtlərinə görə, "Gündəlik tələbat krediti"nin məbləği 300 - 15 000 manat təşkil edir, müddəti isə 6 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.