İqtisadiyyat

Neftin qiyməti 56 dollara düşdü

5 Yanvar 2017 23:09
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın neft ehtiyatları üzrə statistikanın çıxmasından sonra İCE birjasında keçirilən hərraclar zamanı "Brent" markalı neftin qiyməti bir barelə görə 56 dollara düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, Bakı vaxtı ilə 20:50-yə olan vəziyyətə görə, "Brent" markalı neft 56,03 dollara qədər ucuzlaşıb.
Bakı vaxtı ilə 20:30-a olan vəziyyətə görə, İCE birjasında WTI markalı yüngül neftin bir bareli 52,80 dollar təşkil edib.
Bu gün Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları dekabrın 30-da başa çatan həftə ərzində 7,1 milyon barel azalaraq 479 mln. barelə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.