İqtisadiyyat

Kapital Bank gənc futbolçuları Mançesterə yola saldı

13 Dekabr 2016 10:24
Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sumqayıt" Futbol Klubunun rəsmi tərəfdaşı olan Kapital Bank "Mançester Yunayted" dördüncü Yay Futbol Məktəbinin ölkəmiz üzrə qalibləri ilə görüşüb və onlara hədiyyələr təqdim edib. Qeyd edək ki, gənc futbolçular məşqlərdə yüksək nəticələr göstərərək, İngiltərənin Mançester şəhərində olan təlim-məşqlərdə iştirak edəcəklər.

Belə ki, finalçılar arasında olan Elnar Məmmədli, Kənan Cavadlı, Murad Rüstəmov və Ümid Rəcəbov "Sumqayıt" FK U-12 komandasının futbolçularıdır. Təbirdə həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərikimya İB, "Sumqayıt" Futbol Klubunun üzvləri və veteran futbolçular da iştirak edirdilər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.