İqtisadiyyat

Neftin qiyməti ötən ilin iyulundan etibarən ilk dəfə 57 dolları ötüb

12 Dekabr 2016 08:20
12 Şərh     Baxış: 3 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya birjalarında neft kəskin bahalaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub.
 
Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb.
 
Nefti kəskin bahalaşdıran amil OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.