İqtisadiyyat

OPEK-də tarixi qərar

10 Dekabr 2016 20:52
4 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK-ə qeyri-üzv ölkələr bu gün Vyanada keçirilən görüşdə neft hasilatının ümumi həcmini sutkada 600 min bareldən çox azaltmağı qərara alıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.  
 
"TASS"ın məlumatına görə,  OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının sutkalıq həcminin 612 min barel azaldılmasına dair razılığa gəliblər. Bu barədə Nigeriya Neft Nazirliyinin "Tvitter" səhifəsində dərc edilmiş məlumatda bildirilir.
 
Qeyd edək ki, OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.