İqtisadiyyat

Azərbaycan gündəlik neft hasilatını azaldacaq

10 Dekabr 2016 20:19
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel azaltmağa razı olub.

Nigeriya Neft Nazirliyinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir ki, OPEC üzvü olmayan ölkələr gündəlik hasilatı ümumilikdə 612 min barrel azaltmaq barədə razılığa gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya gündəlik hasilatı 300 min, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya hərəyə 35 min, Bəhreyn və Ekvatorial Qvineya hərəyə 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya hərəyə 4 min barrel azaldacaqlar.

Vyana görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.