İqtisadiyyat

Vyanada neftlə bağlı QƏRAR VERİLDİ

10 Dekabr 2016 17:04
Baxış: 4 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neft ölkələrinin bu gün Vyanada keçirilən sammitində OPEC-ə üzv olmayan dövlətlər hasilatı gündəlik 600 min barrel həcmində azaltmaqla bağlı razılığa gəliblər.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, əvvəl yalnız istehsalın hazırki səviyyəsini dondurmağa hazır olduğunu bəyan edən Qazaxıstan da neft hasilatını azaltmağa razılıq verib.

Qeyd edək ki, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldılaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunmuşdu. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.