İqtisadiyyat

Gecə 2-də olan telefon zəngi neftin taleyini dəyişdi

3 Dekabr 2016 21:02
2 Şərh     Baxış: 12 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın dörd bir yanında təşkil olunan saysız toplantı, görüşmə və açıqlamalardan sonra neftin qiymətlərini xilas edən anlaşma gecə 02:00-də bir telefon söhbətiylə baş tutdu.
Milli.Az fins.az-a istinadən bildirir ki, OPEC-in noyabrın 30-da təşkil edilən toplantısından əvvəl anlaşmanın olacağından heç kim əmin deyildi. Ümid verən açıqlamalar gəlsə dəneft ölkələri hasilatın nəqədərazaldılması məsələsində bir nöqtəyə gələ bilmirdi. Hətta Rusiya və Braziliya kimi OPEC-ə daxil olmayan hasilatçılar belə bir araya gələ bilmirdilər.
Ancaq noyabrın 29-dan 30-na keçən gecə Səudiyyə Ərəbisatnının Enerji naziri Xalid Al-Falih və Rusiyanın enerji naziri Aleksandr Novak arasında olan bir telefon söhbəti anlaşmaya zəmanət yaratdı.
Anlaşmanın önündəki ən böyük əngəllərdən biri Rusiyanın hasilatı azaltmaq istəməməsi və sadəcə dondurmağa üstünlük verməsiydi. Bloomberg'in yayadığı məlumata görə, Novak telefon söhbətində Rusiyanın hasilatı azaldacağına söz verərək anlaşma üçün möhkəm zəmin yaradıb. Bunun qarşılığında Al-Falih də digər OPEC ölkələrini anlaşmaya razı salıb.
 
OPEC 2008-dən bəri ilk dəfə günlük hasilatı 1,2 milyon barel azaltmaq barədə qərarını açıqladı. Rusiya və OPEC-ə daxil olmayan digər ölkələr də hasilatı günlük 600 min barel azaldacağını bəyan etdilər.
Anlaşmanın nə qədər uzunömürlü olacağına dair fikirlər səslənsə də, iki nazirin fədakarlığının nəticəsinin qısa bir müddəti əhatə edəcəyi ehtimal olunur. Görünən budur ki, bu açıqlamadan sonra neftin qiyməti 15 faiz artaraq 50 doları keçdi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.