İqtisadiyyat

ABŞ rəsmisi: "Azərbaycanın kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün potensialı var"

2 Dekabr 2016 19:08
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan öz kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün kifayət qədər potensiala malikdir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ-ın ticarət katibinin Avropa, Yaxın Şərq və Afrika üzrə müavininin köməkçisi Maykl Lalli Bakıdakı mətbuat konfransında deyib: "Bu tədbirlər Azərbaycana yeni investisiya gətirə bilər. Biz özümüz də şahidi oluruq ki, amerikalı biznesmenlərin Azərbaycana marağı artmaqdadır".

ABŞ rəsmisi bildirib ki, iki ölkənin 25 illik iqtisadi əməkdaşlığı genişlənməkdədir: "Bizim enerji sahəsində müəyyən nailiyyətlərimiz var, hazırdaneft sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparırıq".

Onun sözlərinə görə, Azərbaycandakı Amerika Ticarət Palatası iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün 16 tövsiyədən ibarət sənəd hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.