İqtisadiyyat

Banklar ehtiyatda olan zabitin pensiyasını əlindən aldı -VİDEO

1 Dekabr 2016 21:21
6 Şərh     Baxış: 2 250

Təqaüdünün yarısını bir bank, qalan yarısını isə digər bank kredit borcuna görə silir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 43 yaşlı Taleh Əmirov 2014-cü ildə banklardan birindən 8 min dollar kredit götürüb. Eyni ildə başqa bir bankdan isə 7 min dollar dəyyərində istehlak krediti alıb. Götürdüyü kreditlərin aylıq ödənişini edə bilmədiyindən banklar borcu onun pensiya kartına yönəldiblər.

Məsələ burasındadır ki, ilk kredit götürdüyü bank bunu məhkəmə qərarı ilə etsə də, ikincisi qətnamə olmadan borcu təqaüdə yönəldib. Ehtiyatda olan zabit 442 manat pensiya alır. Aldığı pensiyanın yüz faizini banklar tutduğundan əlində pul qalmayan Taleh Əmirov bunun dolanışığına mənfi təsir etdiyini deyir.

Bank hüquqşünası Anar Ramazanov borcun məhkəmə qərarı olmadan təqaüdə yönəldilməsinin qanunsuz olduğunu deyir. Qanun isə borcun, əməkhaqqı və təqaüddən yüz faiz həcmində tutulmasını birmənalı şəkildə qadağan edir.

Mütəxəssislərə görə, bu ikinci bankın özbaşınalığı nəticəsində baş verib.

Vətəndaşın müraciəti əsasında məsələ öz həllini tapar.

Mütəxəssislərə görə, vətəndaşın əlavə gəliri olmadığı halda ikinci bank, gözləmə mövqeyi seçməlidir. Birinci banka borc ödənildikdən sonra məhkəmə qərarı ilə təqaüdün 50 faizi ikinciyə yönəldilə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Banklar ehtiyatda olan zabitin pensiyasını əlindən aldı

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Sevinc · 1 Dekabr 21:4500

    Bu banglar onsuzda ozbasina olub

    Cavab yaz
    • Anonim
      Asim · 2 Dekabr 09:0400

      Dogrudan?

      Cavab yaz
    • Anonim
      Emin. · 2 Dekabr 10:5500

      Bang? yoxsa Bank? ozbasinaliq edib neyniyibler ki?

      Cavab yaz
  • Anonim
    Rufat · 2 Dekabr 08:4700

    bank nece etsin bes? Banka qoyulan depozit de kiminse puludur, bank onu nece qaytarsin bes?

    Cavab yaz
    • Anonim
      Emin. · 2 Dekabr 10:5600

      krediti gotur xercle, masin al, kef ele, dost tanis arasinda tripasliq ele, sora krediti odemeye gelende soy-batir banki ki soydular meni

      Cavab yaz
  • Anonim
    dd · 2 Dekabr 09:3900

    Pensiyanı tutan məhkəmədi banklar deyi.Məhkəmələrdən sikayət edin banklardan yox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.