İqtisadiyyat

Bakı-Barselona birbaşa reysi 2017-ci ilin yayında bərpa olunacaq

1 Dekabr 2016 11:52
Baxış: 476

"2017-ci ilin yayında Bakı ilə Barselona arasında birbaşa aviareysin bərpa olunması planlaşdırılır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv açıqlamasında İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Xuarez deyib.

O bildirib: "Bu şəhərlər arasında birbaşa reys ilk dəfə 2015-ci ildə açılmışdı. O zaman uçuşlar may ayından oktyabr ayınadək davam edirdi. 2016-cı ildə isə böhranla əlaqədar reyslər iyun ayından sentyabradək azaldılmışdı".

Diplomatın sözlərinə görə, hazırda bu istiqamətdə uçuşlar üçün tələbat azdır, əgər artım baş verərsə, uçuşlar il boyu həyata keçirilə bilər.

X.Xuarez hələlik Bakıdan digər İspaniya şəhərlərinə reyslərin açılmasının planlaşdırılmadığını deyib.

Diplomat qeyd edib: "Barselona Azərbaycandan olan turistlərin üz tutduğu əsas şəhərimizdir. Ona görə məhz Barselonaya birbaşa reyslərin açılması daha sərfəli və məntiqlidir".

Diplomatın sözlərinə görə, Azərbaycandan İspaniyaya turist axını daim artır və son illər bu rəqəm 7-10 min nəfər təşkil edib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.