İqtisadiyyat

Cibuti portunun rəhbəri: "Azərbaycanda yaradılacaq azad ticarət zonası böyük gələcəyi olan layihədir"

28 Oktyabr 2016 21:14
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı beynəlxalq dəniz ticarət limanı ətrafında azad ticarət zonasının yaradılması böyük gələcəyi olan layihədir.

Milli.Az bildirir ki, bunu Cibutinin liman və azad ticarət zonasının rəhbəri Əbubəkr Ömər Hadi Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, yükdaşımaların cəlbi və ölkəyə investisiya axını üçün azad ticarət zonasının yaradılması vacibdir. Cibutinin bu sahədə böyük təcrübəsi olduğunu deyən Ə.Ö.Hadi bildirib ki, ölkəsi təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.