İqtisadiyyat

Azərbaycan bu ölkəyə 10 ədəd zirehli transportyor satacaq

29 Sentyabr 2016 17:20
1 Şərh     Baxış: 2 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd "Təkmilləşdirilmiş ZTR-70 maşını" Konqo Respublikasına ixrac ediləcək. 

Milli.Az bildirir ki, bu barədə APA-ya MSN-in "Aqreqat" İstehsalat Birliyi Bakı "Cihazqayırma" Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.
 
O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.
 
Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan "Təkmilləşdirilmiş ZTR-70 maşını" silahla təchiz olunub. 
 
Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.