İqtisadiyyat

Neft hasilatı 1 il müddətinə dondurula bilər

29 Sentyabr 2016 08:53
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 28-də Əlcəzairdə, beynəlxalq energetika forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüş zamanı neft hasilatının 6 aydan 1 il müddətinədək dondurulması müzakirə edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın neft sənayesi naziri Cabbar əl-Laibi bildirib.
 
"Görüşdə hasilatın altı, doqquz və bir il müddətinə dondurulmasına dair təkliflər səsləndi. Yekun qərar OPEC-ə üzv ölkələrin noyabrda baş tutacaq görüşündə verilə bilər", deyə nazir bildirib.
 
OPEC ölkələri nümayəndələri Əlcəzairdə keçirilən qeyr-rəsmi görüşdə neft hasilatının dondurulmasına dair konsensusa nail olublar. OPEC-in baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib. M.Barkindo bildirib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.