İqtisadiyyat

İran neft hasilatını dondurmayacaq

29 Sentyabr 2016 08:33
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran neft hasilatını dondurmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əlcəzairdə OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane bildirib.
 
Yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndiriləcəyini deyən Zənqane qeyd edib ki, ölkəsi neft hasilatını dondurmayacaq.
 
OPEC-in prezidenti Məhəmməd Saleh əs-Sədanın sözlərinə görə, kartelə üzv ölkələrin hər biri üçün fərdi istehsal səviyyəsini təşkilatın nəzdində yaradılacaq xüsusi komissiya müəyyən edəcək.  
 
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki,  İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək.
 
Qeyd edək ki, sentyabrın 28-də OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər. Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.