İqtisadiyyat

Bazarlarda son durum - Qiymət niyə artıb?

27 Sentyabr 2016 23:47
2 Şərh     Baxış: 2 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuqlar düşdü, qiymətlər dəyişdi. Payız fəsli gələr-gəlməz kənd təsərrüfatı məhsullarının da qiymətində artım müşahidə edilir. Satıcılar bunu mövsümün bitməsi, bir tərəfdən də məhsulların maya dəyərindəki artımla əlaqələndirirlər

Milli.Az atv.az-a istinadən bildirir ki, məhsullarda 10 qəpik - 1 manat arası bahalaşma var. Məsələn, 50 qəpiyə satılan badımcan 70 qəpik, kələm 60 qəpik, pomidor 1 manat 50 qəpik, xiyar 1 manat, nar 2-3 manat, üzüm 2-3 manat, armud 1 manat 50 qəpik, yerkökü 1 manatdan təklif olunur.

Ekspert bildirir ki, bahalaşma mövsüm, eyni zamanda ixrac və idxaldan asılı olaraq dəyişir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, indi bazarlarda müşahidə olunan qiymət artımı mövsümü xarekter daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.