İqtisadiyyat

"Azərbaycan enerji dəhlizlərinin formalaşmasında rolunu gücləndirəcək"

29 Avqust 2016 12:40
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Cənub Qaz Dəhlizi" layihəsi şərq və qərb enerji dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artıracaq".

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iri transmilli layihələri reallaşdırmağa davam edir: ""Cənub Qaz Dəhlizi" Avropanın ən iri infrastruktur və enerji layihələrindən biridir. Enerji təhlükəsizliyi layihəsi olmaqla uzun illər ərzində istehsalçılara, tranzit ölkələrə və istehlakçılara mənfəət qazandıracaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.