İqtisadiyyat

Manat kartlarından vəsaitləri xarici valyutada nağdlaşdıranların sayı artıb

26 Avqust 2016 19:24
Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müştərilər nağd şəkildə xarici valyutanı banklardan alarkən Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə 4%-lik koridor əsas götürülür.

Milli.Az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Palata qeyd olunmuş 4% marjaya banklar tərəfindən əməl olunmasına nəzarət edir: "Daha öncə də qeyd etdiyimiz kimi, hazırda heç bir bank bu 4%-lik marja koridorunu pozmur və bununla bağlı siqnallar bizə daxil olmayıb. Əgər belə bir faktlar olarsa, MBNP-nin bunun qarşısını almaq üçün mexanizmləri var. Bununla yanaşı, bəzi banklar manat kart sahiblərinin vəsaitlərini xarici valyutada nağdlaşdırma əməliyyatlarına görə əlavə komissiya tətbiq edirlər. Yəni bankomat vasitəsilə müştəri AZN kartından xarici valyutanı çıxararsa, müəyyən edilmiş rəsmi məzənnə ilə yanaşı, bank tərəfindən müəyyən edilən xidmət haqqı da tutulur və bu xidmət haqları (komisyon haqları) bankla müştəri arasında bağlanmış müqavilə ilə tənzimlənir. Belə ki, "Banklar haqqında Azərbaycan Respublikasının Qanunu"nuna əsasən "Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir".

Palatadan bildirilib ki, son zamanlar əhali arasında manat kartlarından vəsaitləri xarici valyutada nağdlaşdıranların sayı artıb. Bir çoxları əməkhaqqı kartlarında olan manat vəsaitləridə xarici valyutada çıxarmağa üstünlük verirlər. Bu zaman iki əməliyyat baş verir: 1. Manatın xarici valyutaya konvertasiyası və bu mütləq şəkildə 4%-lik koridor çərçivəsində baş verir. 2. İkinci əməliyyat isə vəsaitin nəğdləşdirilməsidir ki, burada banklar əlavə komissiya tətbiq edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.